Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-04-2026 , 12:48

74

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Tünzalə Qardaşova: “Bu nəticələr Masallı rayonunda bələdiyyə sistemində işlərin düzgün qurulduğunu və davamlı inkişafın təmin edildiyini göstərir”

“Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil olan rəsmi məlumata əsasən, ölkə üzrə qəsəbə bələdiyyələri arasında2025-ci ilin 1-ci rübü ilə Masallı rayonu Boradigah bələdiyyəsi 2-ci yerdə qərarlaşmışdır. Belə ki, ötən illərlə müqayisədə vergi daxilolmaları 59 dəfə artmışdır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, digər sevindirici məqam isə 1-ci yerdə Masallı rayonunun Ərkivan qəsəbə bələdiyyəsinin qərarlaşmasıdır. Bu nəticələr Masallı rayonunda bələdiyyə sistemində işlərin düzgün qurulduğunu və davamlı inkişafın təmin edildiyini göstərir.

2025-ci il bələdiyyə seçkilərindən sonra komanda olaraq həyata keçirdiyimiz fəaliyyətlərə görə Boradigah bələdiyyəsinin hər bir üzvünə, daim dəstəyini hiss etdiyimiz və əməkdaşlıq etdiyimiz qurumlara, ən əsası isə bələdiyyəmizə etimad göstərən və bizə inanan sakinlərimizə dərin minnətdarlığımızı bildiririk.

Bu uğur bir komanda işinin nəticəsidir.

Eyni zamanda həmkarlarımızı — Masallı rayonu Ərkivan qəsəbə bələdiyyəsini təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz